Finlandiyanın Rauma rayonu yaxınlığında azərbaycanlı Əliyev Rauf Rauf oğlunun meyiti tapılıb.

Məlumata görə, onun kimliyi üstündə aşkar olunmuş sənədlə müəyyənləşdirilib.

Təxminən 40-42 yaşlı azərbaycanlının nəşi milliyyətcə rus xanımına təhvil verilib. O, restoran biznesində çalışırmış.

Polis ölümün səbəbini araşdırır. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb/Report.