"Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir."
Mia.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, baş verənlərdən xəbərdardırlar: "Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir".
Peskov deyib ki, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir.
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi təklifi ilə bağlı jurnalistlərin sualına cavab olaraq Dmitri Peskov bildirib ki, İrəvanla təmaslar davam edir: "Başqa əlavə edəcəyim bir şey yoxdur".