Tanınmış müğənni Mətanət Əsədovanın insan alverinə görə həbs edilməsi xəbəri yayılıb.
İddialara görə o, bir neçə qadını evində pul qarşılığında məcburi iş adamlarına satırmış.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Qaynarinfo-ya verdiyi açıqlamada belə bir faktın olmadığını, müğənninin həbs edilmədiyini bildirdi.
Müğənninin öz nömrəsinə isə zəng çatmır.