“Gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşlərinin keçirilməsi mümkün ola bilər”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

“Üç ölkə arasında nəinki dövlətlərarası münasibətlər, eləcə də xalqlar arası münasibətlər var. Maddi və mənəvi olaraq daim bir-birinə dəstək olur”, - o vurğulayıb.

TBMM sədri bildirib ki, Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi pozması və mülki əhaliyə qarşı etdiyi hücumlar beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır: "Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətləri hər zaman olub. Ermənistan rahat şəkildə hücum fəaliyyətindən əl çəkməyəcək. Ermənistanda yeni seçkilər keçirildi. Nikol Paşinyan qələbə qazandı. Müharibənin sonunda barışa yönəlik addım atıldı. Ermənistan xalqının atışmalardan narahat olduğunu düşünmürəm. Atışmaların davam etməsi ilə barışın təmin edilməsi mümkün deyil. Ermənistandan beynəlxalq hüquqa əməl etməsini tələb edirik. Çünki müharibə nəticəsində acı nəticələri gördük”..