İşğaldan azad olunmuş Füzuli rayonunda daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1615 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib/APA.