Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Digər sərəncamla  Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov da vəzifəsində çıxarılıb.

Qeyd edək ki, indiyə kimi SOCAR-da 12 vitse-prezident vardı. Beləliklə, bu sərəncamdan sonra şirkətdə 8 vitse-prezident qalacaq. Bunlar birinci vitse-prezidentlər Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Xaliq Məmmədov, Daşqın İsgəndərov, Rəfiqə Hüseynzadə, Yaşar Lətifovdur.

Hər üç Sərəncam imzalandığı gündən qüvvəyə minir.