Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual hərəkətlərə məruz qalıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbbəkədə açıqlama verib.

Aktrisa deyib ki, “Bolt” taksi şirkətinin sürücüsü ona qarşı əxlaqsız hərəkətlər edib.

“Manyakın birinin maşını hara sürəcəyini bilmirdim... Artıq qorxumdan pəncərəni açmışdım ki, nə isə olsa, çığırım...Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəm”, - aktrisa qeyd edib/Report.