Daxili işlər orqanlarında kadr islahatları davam etdirilir.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə qurumun Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Elxan Mikayıl oğlu Əliyev tutduğu vəzifədən azad edilib.

Nazirin başqa bir əmri ilə E.Əliyev Yevlax Şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi təyin olunub.