Keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verənlərlə bağlı video-müsahibə verib.
Mia.az xəbər verir ki, sabiq deputat iclasda baş verənləri, həmçinin işdən azad olunması barədə əmrlə razılaşımadığını bəyan edib.
Qeyd edib ki, baş verənlərin səbəbi olub: "Görünür, Ramiz Mehdiyev mənim yerimə kürəkəni İlham Əliyevin qardaşını gətirməklə, orada ailə biznes maraqlarını təmin etməyə çalışır...".
O, eyni zamanda, AMEA-da baş verən məsələlərlə bağlı prezident İlham Əliyevə müraciət etdiyini bildirib. Əlavə edib ki, Prezidentin onu qəbul edəcəyinə inanır: "Mən qəbul zamanı bəzi məxfi məsələlər barədə məlumatları verəcəyəm".
Sabiq deputatın bu və ya digər məsələlərlə bağlı ittihamları ilə ağaıdakı video-müsahibədən tanış ola blərsiniz:
P.S. İttiham və iddialarla bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.