Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
Mia.az xəbər verir ki, parlament sədrinin I müavini Əli Hüseynlinin sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 13 məsələ müzakirə olunaraq qəbul edilib.
Beləliklə, deputatlar iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.