Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 29-u saat 15.00 radələrində rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə ələ keçirilib.

Erməni bələdçini tutan kənd sakinləri bildiriblər ki, ermənilər tez-tez kəndə girməyə cəhd edirlər. Amma, onların bu cəhdləri əsgərlərimiz tərəfindən alınır. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

***

Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttində erməni əsgəri də məhv edilib. Musavat.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Karen Qalstyan başından güllə yarası alıb və ölüb.