Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.

Məlumata görə, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyiti dəniz sahilihdə aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şhər sakinləri, 1977-ci il təvəlüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu,

2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu dənizdə çimərkən boğulmuşdu. Şükür Mənəfov oları xilas etmək istəyən zaman o da dənizdə boğularaq batmışdı.

Faktla bağlı araşdırma aparılır.

***

Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

Məlumata görə, Neftçala rayonunda dənizdə batan 3 nəfərdən 2-in meyiti çıxarılıb. Bunlar Neftçala şəhər sakinləri 1977-ci il təvəlüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu, 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğludur.

Digər batan şəxs, Neftçala sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyitinin axtarışları davam etdirilir/Report.