Yanvarın 28-də Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycanın Baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib.

Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.