Tətbiq olunacaq yeni sistemdən sonra ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən isə sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir.
Səlim Müslümovdan yeni şok xəbər - (Video)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Səlim Müslümov: "Bizim İnformasiya Texnologiyaları şöbəmiz Ədliyyə Nazirliyi və Əmlak komitəsi ilə bu işləri aparır. Eyni zamanda dövlət yol polisi ilə də danışıqlar gedir. Elə düşünürəm ki, il ərzində biz buna nail olacağıq və yerli məmurların bu prosesdə heç bir rolu olmayacaq”.
Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə Ünvanlı Sosial Yardımın təyin olunması məsələsində şəffaflığı təmin etməkdir. Ünvanlı Sosial Yardımın verilməsinə 2006-cı ildən start verilib. Əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır.
anspress.com
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08