"Şantaj olmaqdan qorxmamışam".
Bunu müğənni Nüşabə Musayeva "Tolik ilə səmimi" verilişində deyib.
İfaçı bildirib ki, intim videosu ilə şantaj edilib:
"Məni şantaj ediblər. Münasibət qurduğum insan var idi, hətta ailə kimi yaşayırdıq. Bunu mənim atam, qardaşım da bilirdi. Hətta kəbinimizdə də qardaşım şahid kimi oturmuşdu. Xəyanət etdi, mən də ayrıldım. Uzun müddət barışmaq üçün əlçəkmədi, mənim üçün amma bitmişdi. Ayrıldım, kəsdim bütün əlaqələri, keçdi şantaja: "Sənin məndə şəkilin var, sənin məndə videon var".
Sən mənim ərim olmusan e. Niyə narahat olum?! Öz yaşadığım adamdır, o. O, elə şərəfsiz idi. Sağ olsun polis əməkdaşları, onun canını aldılar. Başqa şantajları da var idi: "Üzünə kislata tökəcəm, barışmasan səni biabır edəcəm". Həmin videonu musiqiçilərə, sosial şəbəkələrə yaydı. Onun öhdəsindən yaxşıca gəldilər, dilindən də izahat aldılar".
Milli.az