Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib.
O, statusda bunları yazıb: “Toylar açılır, lap yaxşı. Bunu bildik.
Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?
O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las Vegasda ayın on beşindən əvvəl də, ümumiyyətlə, maska taxan yox idi”.