Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.
Mia.az xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib.
R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilib. O, rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılıb..
Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.
Allah rəhmət eləsin!