Prezident İlham Əliyev bu gün daha bir neçə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, polkovnik Rafiq Sultan oğlu Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib.

Digər sərəncamla general-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Başqa bir sərəncamla isə Ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.