Mia.az xəbər verir ki, bu barədə AzVision.az-a Nazirliyin Aparat rəhbəri Əjdər Ol məlumat verib.
Bildirib ki, nazirliyin yeni mətbuat katibi vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbnəri Elman Babayev icra edəcək.
Ə.Olun sözlərinə görə, E.Babayevin yeni vəzifəsi ilə bağlı gün əmr veriləcək.
Qeyd edək ki, 2012-ci ildən bu günə qədər bu vəzifəni İlham Məmmədov yerinə yetirirdi. O, bir neçə gün əvvəl vəzifəsindən istefa vermişdi.
Xatırladaq ki, Elman Babayev bu vəzifəyə qədər "Kaspi” qəzetində, "Trend” İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən isəDövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.
"Elə bir şey yoxdur və mən yerimdəyəm”. Bunu AzNews.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev barəsində yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil:
"Belə bir şey yoxdur və hələ ki, mən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidməti vəzifəsində çalışıram”.