Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.