Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış edib.

Mia.az APA-ya istinadla xəbər verir ki, Türkiyə Prezidenti Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi bu istiqamətdə əhəmiyyətli bir addım olacaq”, - deyə Ərdoğan vurğulayıb.