Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin 5 saylı
Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyevi ailəsini öldürməkdə hədələyən dəstə
üzvləri tutulub.
Bu haqda məlumatı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda
bildirilir ki, saxlanılanlar Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar
Əjdər Talıbovla İsmət Məmmədovlardır: «Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində tutulublar. Əvvəllər məhkum olunmuş şəxslər - Əjdər Talıbov və
İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini
öldürəcəkləri ilə hədələyiblər. Bunun müqabilində isə ondan 200.000 manat pul
tələb ediblər».
Maraqlı burasıdır ki, nazirliyin rəsmi məlumatında
saxlanılanların Maliyyə Nazirliyi idarə rəisini hədələməsinin kökündə duran əsl səbəbləri
açıqlanmayıb. Yalnız bildirilir ki, ailə üzvlərini öldürməmək üçün ondan 200 min
manat tələb olunub. Razılaşaq ki, adıçəkilən şəxslərin Mirzə Mirzəyevin birdən-birə
ailə üzvlərini hədələməsi xeyli müəmmalı suallar doğurur. Axı, o adamlar nədən məhz
Mirzə Mirzəyevi hədələyiblər? Bəlkə bu hədələmənin alt qatında cəmiyyətə açıqlanmayan
çox ciddi mətləblər var?
Bu və digər məlumatlarla bağlı araşdırmalarımız olacaq!