Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşada olub.

Mia.az xəbər verir ki, bu barədə səfir tvitter-də paylaşım edib.

Səfir bildirib ki, Prezident Ərdoğanın Azərbaycana - Şuşaya gözlənilən səfəri ilə bağlı Şuşadadır:

"Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”.