“Saxlanılan 15 nəfərin Ermənistana təhvil verilməsi və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq mina xəritəsininn təqdim edilməsini alqışlayıram”.
Mia.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde "tvitter"də yazıb:
O daha sonra bildirib: “Etimadın yaranması üçün belə tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara zəmin yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”.