Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərilib.

APA-nın məlumatına görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

****

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat aparılıb.

AzNews.az xəbər verir ki, əvvəllər bu vəzifəni tutmuş polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlunun yerinə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Nazir Ramil Usubovun sərəncamı ilə vəzifəyə təyin edilən Ş.Əsədullayev bu gün kollektivə təqdim edilib.

 Məlumatlara görə, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahkürür Paşazadənin qohumudur.