Yanvarın 23-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Elnur Cəfərovun cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasına aparılıb.

Mərhumun nəşi Naxçıvan hava limanında izdihamla qarşılanıb.

Olay yerində olan jurnalist Məhəmmədəli Qəriblinin verdiyi mlumata görə, Elnur Cəfərovun nəşi Naxçıvanda dövlət səviyyəsində qarşılandı. Qərara alınıb ki, onu doğulduğu kənddə deyil, Şərur rayonun mərkəzində olan Şəhidlər Xiyabanında dəfn etsinlər.

Qeyd edək ki, dünən Elnur Cəfərov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

O, 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb Bu müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib.