"Pula görə kişi məclisinə getmərəm, getmirəm də. Təkliflər olub, amma getməmişəm".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. Sənətçi Ruslan Ağayevin suallarını cavablandırıb.

Rəqqasə ilk ailə həyatının dağılmasından bəhs edib. O bildirib ki, keçmiş həyat yoldaşı ona şiddət göstərib:

"Deyirdim duz-çörək yeyəcəm, amma səni sevəcəm. Şiddət də gördüm. Soğan çörək yeyəcəm, amma səni sevəcəm. Bu, boşdur. Gördüm ki, soğan-çörək yeyəndə səni öldürəcəklər. Qadınlar var ki, ailədə bu cür problemlə yaşayır, illərlə dözür. Deyirlər, bəs qohum, ailə? Təməli özüm qırdım. Dedim ki, qırıram, amma dözə də bilərdim. Biz deyənlə otur-dur, qapaz başında, amma döz".

"Hazırda deyirlər gözəl ailən var. Amma bu ailə başqa ailənin üstünə qurulub" sözlərinə Fatimə "İndi çox xoşbəxtəm. Məni başa düşən, stimul verən, mənə dost olan insan var. Danışsam, böyük problem olacaq. Ona görə də danışmayım. İnsan nəyi yoxdursa, ondan danışır. Mən də ortaya qoyub danışmaq istəmirəm" cavabını verib/Axsam.az.