Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi olub.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, nazirliyin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru Leysan Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Hələlik sözügedən vəzifəyə təyinat yoxdur.
Xatırladaq ki, ötən həftə nazirliyin mətbuat katibi Səmayə Məmmədova da vəzifəsindən istefa verdiyini açıqlayıb.
Mia.az