Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti aşkarlanıb.
Mia.az Ermənistan mediasına istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq.
Bildirilib kii, bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 558 nəfərə çatıb.