Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi tərəfindən Azərbaycan Ali Hərbi Məktəbinin texniki parkının, xüsusilə də avtobuslarının durumu ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat verib. Mərkəzin hərbi mənbələrdən aldığı məlumatda bildirilir ki, araşdırma ortada olan iri miqyaslı yeyinti faktları ilə əlaqədardır.

Mənbə bildirib ki, bir neçə il bundan öncə Səfər Əbiyevin göstərişi ilə müdavimlərin, zabit heyətinin, müəllimlərin və texniki heyətin daşınmasını həyata keçirən avtobusların köhnəlməsi əsas gətirilərək onlar sıradan çıxarılıb.

Daha sonra Əbiyevin tapşırığı ilə məktəbə yeni avtobusların alındığı barədə məlumat olsa da, araşdırmalar nəticəsində bəlli olub i, həmin avtobuslar Hərbi Məktəbə gətirilməzdən əvvəl rəngsazlar tərəfindən rənglənib. Qısa müddətli istismardan sonra MDB-də istehsal olunmuş həmin avtobuslarda texniki nasazlıqlar əmələ gəlməyə başlayıb, hazırda onların böyük əksəriyyəti nasazdır.

Sonradan bəlli olub ki, işbazlar köhnə avtobusları Azərbaycan Ali Hərbi Məktəbinə təzə adı ilə sənədləşdiriblər.