Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.

Mia.az Report-a istinadla xəbər verir ki, başsağlığıda hadisə zamanı Azərbaycan mediasının iki nümayəndəsinin və Kəlbəcər rayonunun kəndlərindən birinin icra nümayəndəsinin həlak olması vurğulanır.

“Gürcüstan səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - səfirlikdən bildirilib.