İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalistin şəhid olması ilə bağlı başsağlığı verib.
Mia.az xəbər verir ki, səfir tvitterdə belə yazıb: “Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlaması nəticəsində şəhid olması xəbəri bizi çox kədərləndirdi. Hadisə qurbanlarının ailələrinə başsağlığı verir, Allhadan rəhmət diləyirik".