"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə istifadəyə verilən http://e-telebe.edu.az portalı üzərindən 2020-21-ci tədris ilinin 2-ci yarımili üçün müraciətlərin qəbulu 11.06.2021-ci il tarixinədək uzadılıb".

Mia.az xəbər verir ki, bu məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlayıb.

O bildirib ki, bu qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etməlidir.