Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb.

AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib/Oxu.az.

***

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.