Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Mia.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis polkovnik-leytenantı Vilayət Allahverdiyev yeni vəzifəyə təyin olunub. O, Astara rayon Polis Şöbəsinə Əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Məlumat üçün bildirək ki, V.Allahverdiyev bu vəzifəyədək, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.