Danimarkada maraqlı hadisə qeydə alınıb. Ölkədə epidemiya tədbirlərinin yüngülləşməsi ilə yenidən açılan svinqer klubları barədə reportaj hazırlamaq üçün oraya gedən radio yayımçısı Luiza Fişer klub üzvlərindən biri ilə canlı yayımda cinsi əlaqə qurub.

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, 26 yaşlı jurnalist Kopenhagen yaxınlığındakı Svinqlanda gedib. Klubla reportaj hazırlayarkən kişilərdən biri Fişerə onlara qoşulmağı təklif edib. Dəvəti qəbul edən gənc jurnalist həm “bu maraqlı təcrübəni” yaşayıb, həm də tamaşaçılara yaşadıb.

Görüntülər “Radio4”adlı kanalda yayımlanıb və proses bir neçə dəqiqə davam edib.

Radio bu yazını “Twitter” hesabında, "Swinqer klubları açılan zaman “Radio4” orada idi. Xəbərdarlıq: Həm müxbirimiz, həm də qonaqlarımız üçün vəziyyət isti idi", -başlığı ilə paylaşıb.

Məsələ ilə bağlı açıqlama verən Fişer isə əvvəlcədən cinsi əlaqəyə girməyi planlaşdırmadığını ifadə edib:

“Mənim üçün təbii bir şeydi. Hər kəs üçün əlçatan görünməyən bir dünyadan məlumat ötürmək işimin bir hissəsidir. Mənim bu prosesdə iştirakım başda danışmağa çox da meyilli olmayan qonaqların rahatlamasına səbəb oldu. Mən onlara güvən verdim. İnsanlar bunun çox cəsarətli bir hərəkət olduğunu düşündü. Bəziləri jurnalistikada əsas xətti keçdiyimi söylədi. Hətta anam bunun çox əyləncəli olduğunu düşündü və atam isə “cool” adlandırdı”.

Qeyd edək ki, svinqer klublarında, adətən, insanlar partnyorları dəyişərək cinsi əlaqədə olurlar və ya öz partnyorları ilə cinsi əlaqə qurub həmçinin digərlərini də izləyirlər. Yəni burada cinsi münasibət sadəcə iki şəxslə məhdudlaşmır.