Çinin “Sinovac Biotech” əczaçılıq şirkətinin istehsal etdiyi “Sinovac COVID-19” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün tövsiyə olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, təşkilatın qərargahından verilən açıqlamaya görə, sözügedən peyvəndin təhlükəsizlik, səmərəli təsir, istehsalat baxımından beynəlxalq standartlara uyğun gəldiyi barədə zəmanət verilir.