Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mia.az xəbər verir ki, nazirin tvitter-dəki paylaşımında deyilir.
“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”.