Ukrayna Prezidenti Vladimir Zelenski öz rəsmi tvitter səhifəsində Azərbaycanın Respublika Günü münasibətilə təbrik yazıb.

Mia.az xəbər verir ki, Ukrayna liderinin təbrik mesajında deyilir: “Dövlətlərimiz arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

O, həmçinin ikitərəfli tərəfdaşlığa dair dialoqun davam etdiriləcəyinə inandığını bildirib.