Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb.
Mia.az "RİA Novosti"yə isitnadən xəbər verir ki, Paşinyanın problemin həlli üçün 3 hissədən ibarət plan irəli sürüb:
- Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli;
- Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni - ABŞ və ya Fransanı təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli;
- Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.