Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə və xalqınıza rifah, firavanlıq arzulayır, tezliklə pandemiyanın sona çatacağını görəcəyimizi ümid edirəm".