Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Mia.az xəbər verir ki, Bakı yenə də yoluxma statistikasına liderlik edir - 54,2 %
Bakının rayonları arasında isə ən şox yoluxma halı yenə də Binəqədinin payına düşüb - 14,6 %.
Paytaxt üzrə ardıcılıq belədr: 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallah.
Bölgələrə gəldikdə isə yoluxma göstəricisi Abşeronda 13 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,2 %, Şəki-Zaqatalada 4,1 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,8 %-dir.