Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyuyan arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Tərəflər regiondakı vəziyyəti və Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müzakirə aparıblar.