Bu gün prezident İlham Əliyev sərəncam da imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib: 

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” 2013-cü il oktyabrın 14-də Bakı şəhərində və 2013-cü il oktyabrın 30-da Ştutqart şəhərində imzalanmış Saziş (USA-AZE-02) təsdiq edilsin.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti"