Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovla görüşüb.
Mia.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, görüşdə sülhməramlı missiyanın g fəaliyyəti ilə yanaşı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı müzakirə aparılıb.