Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Twitter"də məlumat və fotolar paylaşıb.
Almaniyalı diplomatın sözlərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə baş tutan görüşdə regional sülh perspektivləri, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.