"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün açıq olmalıdır".

“İzvestiya” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.

O, Azərbaycanın üzv olmasına mane ola biləcək məqama toxunaraq deyib: “Məsələ burasındadır ki, təşkilatın nizamnaməsinə əsasən üzv dövlətlər arasında diplomatik münasibətlər olmalıdır. Hazırda rəsmi Bakı ilə Yerevan arasında belə əlaqə yoxdur”/Report