Bu gün İmişli rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.