Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
Mia.az xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.
Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.
Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.
Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb.