Türkiyənin təhsil naziri Ziya Selçuk Azərbaycana səfər edəcək.
Mia.az Report-a istinadla xəbər verir ki, türkiyəli nazirin ölkəmizə səfəri mayın sonunda gözlənilir.
Z.Selçuk Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.